AOK Nodar Kumaritaşvilinin şərəfinə mükafat yaradılmasını elan edib
Olimpizm xəbərləri
13.02.2025, 16:09
Avropa Olimpiya Komitələri (AOK) Nodar Kumaritaşvili mükafatının yaradıldığını elan edib. Bu mükafat Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalının ən yaxşı oğlan və ən yaxşı qız idmançılarına veriləcək.
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos yeni mükafatın yaradılmasını Nodar Kumaritaşvilinin 15-ci ildönümü ilə bağlı Bakuriani şəhərindəki qəbristanlıqda keçirilən mərasim zamanı açıqlayıb. Mərasimdə Kumaritaşvilinin ailə üzvləri, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov, Bakuriani-2025 Təşkilat Komitəsinin prezidenti Mamuka Xabareli və AOK İcraiyyə Komitəsinin üzvləri iştirak edib.
Nodar Kumaritaşvili mükafatının verilməsi barədə qərar AOK tərəfindən, Gürcüstan MOK-u və Bakuriani-2025 Təşkilat Komitəsi ilə birlikdə qəbul olunub.
AOK prezidenti Spiros Kapralos keçmiş idmançıya ehtiramını bildirərkən qeyd edib: “Bakuriani-2025 Təşkilat Komitəsi və Gürcüstan MOK-u ilə birlikdə Nodar Kumaritashvili mükafatının yaradılmasını elan etmək Avropa Olimpiya Komitələri üçün şərəfdir. Bakuriani, həqiqətən də, Kumaritaşvili ilə hədsiz dərəcədə qürur duyurdu. O, böyüyüb burada atası Davidin və əmisi Feliksin rəhbərliyi altında idmanın sirlərinə yiyələnirdi. Onun ölümünün 15-ci ildönümündə AOK olaraq Bakuriani və Gürcüstanın sevimli oğullarından birini ziyarət etdik. Oyunların bağlanış mərasimində Nodar Kumaritaşvili mükafatını iki görkəmli gənc idmançıya təqdim etməyi səbirsizliklə gözləyirik".
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov isə çıxışında Nodar Kumaritaşvili mükafat ilə bağlı əməkdaşlıqlarına görə AOK-a minnətdarlığını bildirib.
Qeyd edək ki, mükafat Bakuriani şəhərində doğulub boya-başa çatan gürcüstanlı idmançı Nodar Kumaritaşvilinin xatirəsinə təsis edilib. O, Vankuver-2010 Qış Olimpiya Oyunlarının açılış mərasiminin səhəri, 21 yaşında son məşq zamanı qəza nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol