Üç boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı 

Üç boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı 

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə start verilib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamızın üç idmançısı turnirə qələbə ilə başlayıb. 57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə (Qazaxıstan) qarşılaşıb.

Görüş Süleymanovun 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə çıxmamasısəbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.

Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda OKonnor Darrendən (İrlandiya) güclü olub. Boksçu 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.