Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turniri davam edir.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda iştirak edən boks üzrə millimizin daha 2 boksçusu turnirə qələbə ilə başlayıb.
75 kq çəki dərəcəsində çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. M.Kazımzadə 1/4 finalda özbəkistanlı Cavohir Ummataliyevlə qarşılaşacaq.
Komandamızın digər üzvü Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz növbəti mərhələdə qazaxıstanlı Farux Toxtassunovu sınağa çəkəcək.
Turnirə martın 2-də yekun vurulacaq.