Gənc boksçularımız üçün yeni sınaq

Gənc boksçularımız üçün yeni sınaq

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz həm oğlanların, həm də qızların yarışında mübarizə aparır. Komandamız oğlanların yarışında Elbrus Rzayevlə Ceyhun Abiyevin rəhbərliyi altında turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərovla (+92 kq) təmsil olunur.

Qız boksçuların mübarizəsində isə Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) qüvvəsini sınayır.

“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alıb.

Qeyd edək ki, turnirə martın 9-da yekun vurulacaq.