Boksçularımız “Strandja” turnirini 4 medalla başa vurdular

Boksçularımız “Strandja” turnirini 4 medalla başa vurdular

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boksüzrə“Strandja” turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,millimiz turnirdə 2 gümüş və 2 bürünc medal qazanıb. Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medallarına sahib çıxıblar.

Millimiz bu göstərici ilə komanda hesabında 5-ci olub.