Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə gənclərin Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, son yarış günündə şpaqa qızların və sablya oğlanların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət millimiz komanda yarışında 8-ci olub. İlk görüşündə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizlikdə turnirin gümüş medalçısı Fransa seçmə kollektivinə 29:45 hesabı ilə məğlub olub. Komandamız 5-8-ci yerlər uğrunda keçirilən qarşılaşmalarda Almaniya və Rumıniya millilərinə 41:45 hesab ilə uduzub.
Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa üzrə millimiz isə qızların komanda yarışında 14-cü olub.
Komandamız ilk görüşündə turnirin finalçısı Macarıstan yığmasına 34:45 hesabı ilə uduzub.
9-16-c yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə 31:45 hesabı ilə məğlub olan şpaqaçılarımız son qarşılaşmada isveçrəli rəqiblərinə 41:45 hesabı ilə uduzublar.