Yunanıstanın paytaxtı Afina şəhərində uşu üzrə "Akropolis Open" beynəlxalq turnir keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan komandası turniri 8 medalla başa vurub.
Yığmamızın üzvləri 5 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıblar.