Paytaxtımız kikboksinq üzrə Avropa çempionatına ev sahibliyi edə bilər 

Paytaxtımız kikboksinq üzrə Avropa çempionatına ev sahibliyi edə bilər 

2027-ci ildə kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının Azərbaycanda keçirilməsi planlaşdırılır.

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezident Salim Kayıcı bu məqsədlə ölkəmizə səfərə gəliblər.

WAKO rəsmiləri səfər çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, martın 5-dək Bakıda səfərdə olacaq federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.