Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.
Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.
Gürcüstan yığması ilə keçirilən hazırlıqda Azərbaycanın 22 boksçusu iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.