Martln 5-də “İdman həftəsi” çərçivəsində ölkəmizin “İdman Paytaxtı” Qəbələ şəhərində gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə əvvəlcə nazir Fərid Qayıbov hər kəsi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.
İclasda regional gənclər və idman idarələrinin, idman qurğularının, UGİM-lərin fəaliyyəti, yarışların təşkili və digər məsələlər müzakirə edilib.
Görüşdə Fərid Qayıbov tədbir iştirakçılarını dinləyib və müvafiq tövsiyələr verib.