Həndbol millimiz ABŞ yığması ilə qarşılaşacaq 

Həndbol millimiz ABŞ yığması ilə qarşılaşacaq 

Azərbaycan millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirəcək.

B qrupunda yer alan yığmamız Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya 21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.