Etiraz aksiyası keçirən idmançı cəzalandırılacaq

Etiraz aksiyası keçirən idmançı cəzalandırılacaq



Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançılara növbəti dəfə xəbərdarlıq edib. «BBC»nin verdiyi məlumata görə, beynəlxalq idman qurumu idmançıları Soçi-2014 Qış Olimpiya Oyunları zamanı mükafatlandırma mərasimində etiraz aksiyasından çəkinməyə çağırıb.
BOK-un prezidenti Tomas Bax idmançılar medal verilən zaman siyasi bəyanatla çıxış edəcəyi təqdirdə cəzalandırılacaqlarını deyib. Mətbuat konfransında çıxış edən Tomas Bax medalların təqdimetmə mərasimində idmançılara daha çox sərbəstlik verildiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Soçidə iştirak edəcək bəzi idmançılar Rusiyada insan haqlarının pozulmasını, özəlliklə homoseksuallığın yeniyetmələr arasında təbliğatını yasaqlayan qanunun qəbul edilməsini kəskin tənqid ediblər.