bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək
BOK
09.04.2025, 11:30
Aprelin 9-da bp Azərbaycan şirkəti ilə Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) arasında mövcud tərəfdaşlığın müddətinin uzadılmasına dair rəsmi imzalanma mərasimi keçirilib.
Yeni sazişə əsasən, bp 2028-ci ilin sonunadək ölkənin milli Olimpiya və Paralimpiya komandalarına dəstəyini davam etdirəcək.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, MPK-nın prezidenti Hidayət Abdullayev, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
bp ilə MOK və MPK arasında tərəfdaşlıq 2012-ci ilin yanvar ayında - London-2012 Yay Olimpiya Oyunları ərəfəsində qurulub.
Tərəfdaşlıq bu illər ərzində bir neçə dəfə - 2013, 2016 və 2024-cü illərdə uzadılıb. 2028-ci ilə qədər uzadılan yeni saziş ölkədə idmanın inkişafına və idmançılara dəstəyin davam etdirilməsinə xidmət edəcək.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxışı zamanı bp-nin Azərbaycan idmanına göstərdiyi uzunmüddətli və ardıcıl dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, bu tərəfdaşlıq ölkənin idman həyatında önəmli rol oynamaqla yanaşı, Azərbaycan idmanının beynəlxalq arenada tanınmasına və mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verir.
"bp-nin Azərbaycandakı tarixi ilə Milli Olimpiya Komitəsinin tarixi üst-üstə düşür. 30 ilə yaxındır ki, Milli Olimpiya Komitəsi və bp Azərbaycan şirkəti paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan idmanında xüsusilə də Olimpiya Oyunlarında böyük uğurlar qazanılıb. Əgər bp-nin uğurları iqtisadi nəticələrlə ölçülürsə, MOK-un uğurları da Olimpiya Oyunlarında qazanılan medallarla ölçülür. bp Azərbaycan şirkəti ilə əməkdaşlığımız London-2012 Yay Olimpiya Oyunlarından başlayıb. Həmin vaxtdan etibarən bp bütün Olimpiya Oyunlarında bizim yanımızdadır və bizimlə əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, bu əməkdaşlığı bundan sonra da davam etdirə bilərik. Hər üç tərəfə - Milli Olimpiya Komitəsinə, Milli Paralimpiya Komitəsinə və bp Azərbaycan şirkətinə minnətdarlığımı bildirirəm", - deyə Çingiz Hüseynzadə bildirib.
Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev çıxışında bildirib ki, "bp-nin təşəbbüsü və dəstəyi paralimpiyaçıların hazırlıq imkanlarını genişləndirir və onların uğur qazanmasına töhfə verir.
bp Azərbaycan şirkəti hər zaman sosial və ictimai layihələrdə yaxından iştirak edir. İdmana olan bu dəstək sayəsində paralimpiyaçılarımız müxtəlif yarışlarda uğurlara imza atıblar. Birgə əməkdaşlığa və dəstəyə görə bp şirkətinə minnətdarlığımızı bildiririk", - deyə Hidayət Abdullayev qeyd edib.
Mərasimdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanda idmanın inkişafına uzunmüddətli dəstəyini davam etdirəcək: "bp Azərbaycan şirkəti artıq 30 ildən çoxdur ki, neft-qaz sənayesinə töhfəsini verir. Bundan əlavə şirkətimiz sosial layihələrdə də fəal iştirak edir və idman sahəsinə də diqqət yetiririk. 2012-ci ildən başlayaraq, ölkənin Olimpiya və paralimpiya komandalarına dəstək göstərir, idmançılar üçün imkanlar yaradır və Azərbaycanın beynəlxalq arenada uğurlarında payımızın olması üçün çalışırıq. Bu tərəfdaşlıq çərçivəsində çalışırıq ki, Azərbaycan idmanına da kiçik bir töhfəmiz olsun. İnanıram ki, həyata keçirilən fəaliyyətlər bundan sonra da davam etdiriləcək”.
Çıxışlar başa çatdıqdan sonra bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MPK-nın rəhbəri Hidayət Abdullayev ilə tərəfdaşlıq sazişi imzalayıb.
Qeyd edək ki, indiyədək bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən London-2012, Bakı-2015 I Avropa Oyunları, Rio-2016, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Tokio-2020 və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.
Yeni tərəfdaşlıq sazişi bp-nin Azərbaycanda idmanın inkişafına verdiyi töhfənin davamı olaraq, qarşıdakı illərdə Olimpiya və Paralimpiya komandalarının uğurlarına daha böyük dəstək olacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
Bugün, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
Bugün, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
Bugün, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
Bugün, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
07.10.2026, 10:34 Boks