Los-Anceles-2028: komanda yarışlarının sayı artacaq

Los-Anceles-2028: komanda yarışlarının sayı artacaq

2028-ci il Olimpiya Oyunlarının yenilənmiş proqramına altı yeni qarışıq idman növü daxil ediləcək.

Proqramda mövcud qarışıq idman növləri ilə yanaşı, oxatma, bədii gimnastika, atletika (qarışıq estafet 4x100 m), avarçəkmə (qarışıq qoşa qayıq), qolf, stolüstü tennis kimi idman növləri üzrə birgə komanda yarışları da yer alacaq. Bədii gimnastika üzrə yeni qarışıq komanda üçün yarış formatı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqləndikdən sonra elan ediləcək.

Xatırladaq ki, Los-Anceles Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək.