2030-cu ildə Qış Olimpiya Oyunları Alp dağlarında keçiriləcək

2030-cu ildə Qış Olimpiya Oyunları Alp dağlarında keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Olimpiya evində təşkil olunmuş hibrid formatda keçirilən iclasda mühüm qərar qəbul edib. İclasda BOK-un 2030-cu il Qış Olimpiya Oyunlarının Fransanın Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
BOK-un icraçı direktoru Kristof Dubi məlumat verərək bildirib ki, Fransız Alplarında keçiriləcək bu oyunlar Parisdə təşkil olunmuş BOK-un 142-ci sessiyasında təsdiq edilib. Oyunların konkret keçirilmə yeri Overn-Rona-Alp dağları və Provans-Alp-Cot d Azur bölgələrində olacaq.
“2030-cu il Qış Olimpiya Oyunlarının Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalanıb”, – deyə Dubi qeyd edib.
Bu qərar 2030-cu ilin Qış Olimpiya və Paralimpiya Oyunlarının Fransanın iki bölgəsində təşkil olunacağına dair son mərhələnin başladığını göstərir.