Azərbaycan Savat Federasiyasının Milli Yığma Komandası 25–27 aprel 2025-ci il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş ənənəvi World Open Savate beynəlxalq turnirində uğurla çıxış edib.
Federasiyanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında yarışa qatılan komandamız müxtəlif yaş qruplarında 4 medal qazanıb.
Kadetlər arasında 30 kq çəki dərəcəsində çıxış edən İrəvan İdman Klubunun təmsilçisi Ağamirzə Mahmudbəyli möhtəşəm çıxışı ilə qızıl medala sahib çıxıb. Eyni klubun digər idmançısı Üzeyir Məsimov isə 36 kq-da bürünc medal əldə edib.
Kişilər arasında keçirilən yarışlarda Gədəbəy İdman Klubunun üzvü Beyrək Bağırov (80 kq) və Gəncə Savate İdman Klubunun təmsilçisi Sənan Babazadə (85+ kq) gümüş medalla kifayətləniblər.