Yunanlar Qış Olimpiya Oyunlarının məşəlini nə vaxt alovlandıracaq?

Yunanlar Qış Olimpiya Oyunlarının məşəlini nə vaxt alovlandıracaq?

Yunanıstan Milli Olimpiya Komitəsi (MOK) gələn il İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində təşkil olunacaq Qış Olimpiya Oyunları üçün Olimpiya məşəlinin alovlandırılması tarixini açıqlayıb. 
“Olimpnews.az” Yunanıstan MOK-nun rəsmi saytına istinadən xəbər verir ki, mərasim 2025-ci il noyabrın 26-da ənənəvi olaraq Qədim Olimpiadada təşkil ediləcək. 
Qeyd olunub ki, məşəlin Yunanıstan estafeti dekabrın 4-dək davam edəcək.   Afinadakı "Panathenaik" stadionunda başa çatacaq estafetddən sonra Olimpiya məşəli Təşkilat Komitəsinə təhvil veriləcək. Milan və Kortina d Ampezzoda təşkil olunacaq Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək keçiriləcək.