Zülfüqar Süleymanov: “Məni tanıyanlar tanımayanlardan daha çox oldu”
BOK
20.05.2025, 18:32
Ağırlıqqaldırma idman növü üzrə Azərbaycanın tanınmış idmançılarından biri olan Zülfüqar Süleymanov 12 illik fasilədən sonra idman arenalarına geri dönüb. Onun bu qayıdışı Avropa çempionluğu və qitə rekordçusu kimi yadda qalıb. Albaniyanın Dürreş şəhərində ustalar arasında keçirilən qitə çempionatında M-40 kateqoriyası üzrə 67 kq çəki dərəcəsində birdənqaldırmada 108 kq, təkanla qaldırmada isə 137 kq nəticə bu nailiyyətlər üçün kifayət edib. Uzun fasilədən sonra yenidən körpücük üzərinə çıxaraq, iradəsini və peşəkarlığını nümayiş etdirən Zülfüqar Süleymanov Avropa çempionatından sonra redaksiyamızın qonağı oldu. Usta ağırlıqqaldıranımızla geniş müsahibədə karyerasının çətin dövrlərində, geridönüş motivasiyasından, qazandığı uğurlardan və qarşıdakı hədəflərdən danışdıq. Müsahibəni qəzetimizin çoxsaylı oxucularına təqdim edirik. - Zülfüqar, 12 ildən sonra yenidən karyeranı bərpa edərək, idman arenalarına qayıtdın. Bu qədər fasilədən sonra yəqin ki, qərar qəbul etmək heç də asan olmadı. - Ötən ilin noyabr ayında idmançı dostlarımın israrlı dəstəyi sayəsində belə bir qərara gəldim. Deyirdilər ki, üzərindəki cəza artıq götürülüb və yenidən idmana qayıtmağın üçün heç bir əngəl yoxdur. Bu sözlər məni ciddi düşündürdü. Ən yaxın yarış Avropa çempionatı idi. Lakin yarışa yollanmaq üçün müəyyən maddi dəstəyə ehtiyac vardı. Bununla bağlı çalışdığım AZAL rəhbərliyinə hazırlıq prosesimə dəstək göstərilməsi üçün müraciət etdim. AZAL rəhbərliyi isə öz növbəsində bu təşəbbüsə müsbət yanaşdı. Nəticədə Albaniyanın Dürreş şəhərində keçirilən Avropa çempionatında iştirak etdim və bu yarışdan böyük uğurla Vətənə döndüm. Yarış zamanı uzun illər yenilənməyən Avropa rekordunu da yenilədim. Turnirin sonunda isə “ən güclü idmançı” nominasiyası üzrə qalib elan olundum və kubokla təltif edildim. Uzun illərdən sonra əldə etdiyim bu uğur mənim üçün qürurverici oldu. Fürsətdən istifadə edib, yarışla bağlı bütün maliyyə xərcələrimi qarşıladığına və göstərdikləri dəstəyə görə AZAL rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu hələ son deyil. Onlar növbəti yarışlarda da iştirak etməyim üçün dəstək olacaqlarını bildiriblər. Mən də çalışacağam ki, hər bir çıxışımla Azərbaycan bayrağını yüksəklərə qaldırıb himnimizi səsləndirim. - Yəqin ki, məşqlərdə bu rekorda yaxınlaşmaq üçün bütün qüvvəni sərf etmisən. Bəzi məqamlarda nəticə ürəyincə olmayıb. - Əslində, hazırlıq mərhələsində bu çəkiyə yaxınlaşmaq üçün dəfələrlə cəhd etmişdim. 135-136 kq aralığında sınamalarım olsa da, nəticə uğursuz olmuşdu. Məşqlərdə maksimum qaldırdığım çəki 133 kq idi. Yarış zamanı 127 kiloqramlıq çəkini problemsiz ram etdim. Rəqibimin məndən iki kiloqram az qaldırdığından çempionluğu təmin etdim. Lakin mənim üçün əsas hədəf Avropa rekordunu yeniləmək idi. Bu kateqoriyada rekord 136 kq olduğundan ikinci yanaşmada 137 kq sifariş verdik. İlk cəhdim uğursuz olsa da, sonuncu yanaşmada buna nail oldum. Həmin anı sözlə ifadə etmək çətindir. Həm qürurverici, həm də unudulmaz bir hiss idi. - Necə düşünürsən, uzun müddətdən sonra əvvəlki Zülfüqar Süleymanov geri qayıda bilib? - Düzünü deyim ki, hər bir idmançı uzun fasilədən sonra yarış meydanına, çıxanda özünü tam rahat hiss etmir. Mən də yarış zamanı, xüsusilə ilk çıxışda bu həyəcanı yaşadım. Öz-özümə sual verirdim ki, görəsən bu çəkilərin öhdəsindən gələ bilərəmmi? Yaxud birdən uğursuzluqla üzləşsəm, illərlə qazandığım nüfuzu itirmiş olaram? Xatırladım ki, 2009-cu ildə böyüklər arasında keçirilən Avropa çempionatında ikinci yerin sahibi olmuşdum və o vaxtkı həyəcan hələ də yadımdadır. İllər sonra geridönüş, azarkeşlərin və münsiflər heyətinin qarşısında çıxış etmək çətin idi. Lakin bütün bu hisslərə baxmayaraq, şükürlər olsun ki, geridönüşüm uğurlu alındı. “Legioner idmançı olduğuna görə federasiya hər zaman daha çox ona dəstək göstərirdi” - Karyeranın ən parlaq dövründə dopinq səbəbilə idmandan uzaqlaşdırıldın. Bir qədər də həmin qərarın təsiri və arxasında dayanan səbəblər barədə danışardın. - Bəli, dopinq qalmaqalı mənim həm idman, həm də şəxsi karyerama ciddi zərbə vurdu. 2013-cü ildə iştirak etdiyim hər üç beynəlxalq yarışda yüksək nəticələr göstərmişdim. Məşq prosesində dünya rekorduna kimi yaxınlaşmışdım. Bu da yarış zamanı istənilən rekordu yeniləmək potensialımın olduğunun göstəricisi idi. Bir sözlə, o ərəfədə komandamızda beş aparıcı idmançı var idi, onlardan biri də mən idim. Valentin Xristov mənimlə eyni çəki dərəcəsində çıxış edirdi. Amma o, legioner idmançı olduğuna görə federasiya hər zaman daha çox ona dəstək göstərirdi. Əgər mənə də eyni qayğı və şərait göstərilsəydi, daha yüksək nəticələr əldə edərdim. Həmin dövrdə Azərbaycan ağırlıqqaldırma idman növünə qarşı açıq-aşkar qərəzli münasibət mövcud idi. Nəticədə təkcə mən yox, 30-a yaxın idmançı dopinq qalmaqalına cəlb edildi və idmandan kənarlaşdırıldı. Bu isə faktiki olaraq, Azərbaycan ağırlıqqaldırmasının o vaxtkı güclü heyətinin dağılması ilə nəticələndi. Təəssüf ki, həmin nəsil artıq yoxdur. Hazırda Dadaş Dadaşbəyli yığma komandanın lideridir. İsa Rüstəmov da bu yaxınlarda Avropa çempionatından uğurla qayıdıb. - Bu qərəzli qərardan sonra hansı çətinliklərlə üzləşdin? - Bu müddət mənim üçün kifayət qədər ağır keçdi. Peşəkar idmançının əsas bacarığı elə idmandır. Cəza aldıqdan sonra bir müddət məşqçilik etsəm də, “cəzalı idmançı” statusum əsas gətirilərək bu sahədən də uzaqlaşdırıldım. Ardınca Aviasiya Təhlükəsizlik İdarəsində müfəttiş kimi çalışmağa başladım. Əmək haqqının kifayət etməməsi səbəbindən bir müddət ikinci iş olaraq Bakıda taksi fəaliyyəti ilə də məşğul oldum. Ailəmi dolandırmaq, gündəlik qayğıları qarşılamaq üçün müxtəlif sahələrdə işləməyə məcbur qaldım. “Tərslikdən sükan arxasında qarşılaşmadığım tanış insan qalmadı” - Həmin anlarda həyatın hər üzünün insan üçün sınaq olduğunu yəqin ki, hiss etdin? - Bəli, anladım ki, idman uğuru müvəqqətidir. Çox zaman idmançılar düşünür ki, qazandıqları nəticələrə görə daim hörmət və diqqət görəcəklər. Amma real həyat göstərir ki, idmandan kənarlaşdıqdan sonra sən də digər insanlar kimi sadə bir vətəndaşa çevrilirsən. Qeyd etdiyim kimi, bir müddət, təxminən 3-4 ay ərzində Bakıda taksi fəaliyyəti ilə məşğul oldum. Tərslikdən sükan arxasında qarşılaşmadığım tanış insan qalmadı. Məni tanıyanlar tanımayanlardan daha çox oldu. Sonuncu dəfə isə tanınmış idman aparıcılarından biri müştərim oldu. Mənə dedi ki, bura sənin yerin deyil. Həmin vaxt çox utandım. Bu hadisədən sonra başa düşdüm ki, bu sahə mənlik deyil və taksi fəaliyyətindən uzaqlaşdım. - Yeni federasiya rəhbərliyi tərəfindən idman sahəsində fəaliyyətini davam etdirməyinlə bağlı hər hansı bir təklif gəlibmi? - Federasiyanın vitse-prezidenti Firdovsi Umudovla Azərbaycan çempionatından sonra görüşümüz oldu. Problemlərimlə maraqlandı və federasiya tərəfindən idman sahəsində fəaliyyətimi davam etdirmək üçün köməklik olunacağını bildirdi. Hələ ki, gözləyirəm, görək necə olur. - Zülfüqar sənə elə gəlmirmi ki, ağırlıqqaldırma son illərdə problemli idman növünə çevrilib? - Təəssüf ki, ağırlıqqaldırma idmanı ötən on ildə bir sıra ciddi problemlərlə üzləşdi. Xüsusilə də 2016-cı ildə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının o zamankı prezidenti Tomaş Ayanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bu idman növünə böyük zərbə vurdu. Bu faktlar beynəlxalq idman ictimaiyyətində ciddi əks-səda doğurdu və nəticədə Tomaş Ayan federasiyadan kənarlaşdırıldı. Lakin təəssüf ki, onun vurduğu zərər təkcə Azərbaycan ağırlıqqaldırmasına deyil, ümumilikdə dünyada bu idman növünün nüfuzuna xələl gətirdi. 2014-cü ildə məhz “onun əli ilə” Azərbaycan yığmasının bütün heyəti cəzalandırıldı. Ola bilər ki, həmin qalmaqallardan sonra bu idman növü ilə bağlı belə bir təəssürat yaranıb. “Həm ağırlıqqaldırma, həm də yunan-Roma güləşi sahəsində nailiyyətlərimiz olub” - Zülfüqar, necə düşünürsən, bu gün sanki valideynlər övladlarını ağırlıqqaldırma bölməsinə yazdırmağa elə də həvəs göstərmirlər. - Bəli, qorxurlar ki, övladları bəstəboy olar. Amma bu, tamamilə yanlış fikirdir. Təkcə Azərbaycanda yox, dünya səviyyəsində də bu idman növündə boyu iki metrə çatan idmançılar var. Burada boyun inkişafı idman növünün özündən yox, məşq prosesinin düzgün təşkilindən asılıdır. - Bu gün karyerasını başa vurmuş bir sıra idmançılar fərdi zallar açaraq, öz təcrübələrini uşaq və yeniyətmələrlə bölüşürlər. Bəs sənin belə bir fikrin olubmu? - Bəli, hətta bununla bağlı Gənclər və İdman Nazirliyindən rəsmi şəkildə dəstək istəmişdik. Çünki belə bir təşəbbüs böyük maliyyə və maddi-texniki təminat tələb edir. Klubun və idman zalının açılması üçün ilk növbədə torpaq sahəsi lazımdır. Bildiyiniz kimi, ailəmiz idman ənənələri ilə tanınır. Həm ağırlıqqaldırma, həm də yunan-Roma güləşi sahəsində nailiyyətlərimiz olub. Məhz bu iki idman növünü paralel şəkildə inkişaf etdirmək niyyəti ilə zal açmaq istədik. Ən azından bizə kiçik bir torpaq sahəsi ayrılsaydı, zəruri tikinti işlərini öz vəsaitimiz hesabına həyata keçirə bilərdik. - Bir qədər də qarşıdakı hədəflərin barədə danışardın. Yəqin ki, bundan sonra əsas məqsəd dünya çempionatında eyni uğuru təkrarlamaqdır. - Təbii ki, ustalar arasında növbəti dünya və Avropa çempionatlarında iştirak etməyi çox istəyirəm. Bu il dünya çempionatı ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Hədəfim bu nüfuzlu turnirdə də iştirak etmək və ölkəyə medalla dönməkdir. Əslində, idmana dönüşüm və qazandığım son uğurdan sonra planlarımda da ciddi dəyişikliklər oldu. Düzdür, peşəkar karyeramda iki dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək şansım olsa da, hər iki halda yığmanın məşqçiləri tərəfindən haqsızlıqla bu imkan əlimdən alındı. Halbuki, o dövrlərdə ən yüksək göstəricilər məhz məndə idi. Hazırda qarşıma daha bir böyük məqsəd qoymuşam. 2028-ci ildə ustalar arasında keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi düşünürəm. Bu yarışda çıxış edib, nəhayət, arzuladığım Olimpiya medalını kolleksiyama əlavə etmək istəyirəm. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Bugün, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
Bugün, 14:35 Futbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
Bugün, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm