Beynəlxalq Boks (World Boxing) qurumu əlcəzairli Olimpiya çempionu İman Xelifi yenidən məcburi genetik cinsi testdən keçirəcək. Buna qədər Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi bütün yarışlardan kənarda qalacaq.
Qeyd olunur ki, adı gender qalmaqalında hallanan İman Xelif ilk olaraq iyunun 5-dən 10-dək Niderlandın Eindhoven şəhərində təşkil olunan kubok yarışını kənardan izləyəcək.