Fevralın 7-də Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının açılış mərasimini tribunadan 40 min, mavi ekran qarşısından isə 4 milyard tamaşaçı kütləsi izləyib. Bu barədə xəbəri Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsi yayıb. Mərasim zamanı şou-tamaşanın həyata keçirilməsində 12 min nəfər insan iştirak edib. Qeyd edək ki, olimpiadanın açılışında tribunanın önündən idmançı və nümayəndə heyətinin rəhbərləri ilə birlikdə 3,5 min nəfər keçib.
olimpnews.az