Norveçlilər Soçidə meydan oxuyurlar

Norveçlilər Soçidə meydan oxuyurlar


Soçidə XXII Qış Olimpiya Oyunları davam edir.
88 ölkədən 2 min 800-dən artıq idmançının iştirak etdiyi Olimpiya oyunlarında Norveç komandası I pillədə yer alıb. Fevralın 9-na olan məlumata görə, onların hesabında hazırda 2 qızıl, 1 gümüş və 2 bürünc medal var.
Kanada və Niderland yığmaları 3 medalla (1-1-1) II və III pilləni bölüşürlər. Avstriya komandası 2 medalla (1-1-0) dördüncüdür. Hesabında 2 medal (1-0-1) olan ABŞ yığması isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXII Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.