XXII Qış Olimpiadasının ən gənc çempionu

XXII Qış Olimpiadasının ən gənc çempionu



Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışlarında qızıl medal qazanıb. Olimpiya çempionu Yevgeni Plüşenko ilə duetdə çıxış edən Yuliya Lepniçkaya yeni rekord müəyyənləşdirib. 15 yaşlı Y.Lepniçkaya fərdi idman növlərində ən gənc Olimpiya çempionu adına sahib çıxıb. Bu isə amerikalı fiqurçu Tara Lipinskinin nailiyyətinin təzələnməsi deməkdir. T.Lipinski 1998-ci il Naqano Qış Olimpiya Oyunlarının çempionu olarkən 15 yaş yenicə tamam olmuşdu.