Qadın konkisürənlərin yarışında

Qadın konkisürənlərin yarışında



XXII Soçi Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafəyə sürətli konki yarışlarında qaliblər müəyyənləşib.
"Adler-Arena”da təşkil olunmuş yarışda məsafəni 4 dəqiqəyə qət edərək bütün rəqiblərini qabaqlayan Niderland idmançısı İren Vyust Olimpiya çempionu adını qazanıb. Yarışda 4 dəqiqə 1 saniyə göstərici ilə Çexiya atleti Martina Sablikova gümüş, rusiyalı Olqa Qraf (4 dəqiqə 4 saniyə) isə bürünc medala sahib olublar.