Dağ xizəyi və şort-trekdə qaliblər bəlli oldu

Dağ xizəyi və şort-trekdə qaliblər bəlli oldu



Soçi Qış Olimpiadasının 4-cü günündə (10 fevral) qadınlar arasında maneələrin dəf edilməsi ilə dağ xizək yürüşündə və şort-trekdə qaliblər müəyyənləşib.
Əvvəlcədən də, qadınlar arasında dağ xizək yürüşü yarışlarında lixtenşteynli Tina Veyrater və almaniyalı Mariya Xefil-Riş favorit hesab olunurdular. Almaniya təmsilçisi Vankuver-2010 Qış Olimpiya Oyunlarında idmanın bu növü üzrə qızıl medal qazanmışdı.
İki yürüşün yekununda 2 dəqiqə 34 saniyə nəticə göstərən Mariya Xefil-Riş ikiqat Olimpiya çempionu adına layiq görülüb.
Dağ xizəyi yarışlarında Avstriya idmançısı Nikol Xosp gümüş, Culiya Mankusa (ABŞ) isə bürünc medal qazanıblar.
Fevralın 10-da 1500 metr məsafəyə şort-trek yarışları keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda kanadalı Şarl Amlen fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çin idmançısı Xan Tyanyuy gümüş, üçqat Olimpiya çempionu Viktor An (Rusiya) isə aktivlərinə bürünc medal yazdırıblar.