“Sevinirəm ki, idman karyeramı xoş notlarla başa vururam”

“Sevinirəm ki, idman karyeramı xoş notlarla başa vururam”



İtaliyalı atlet Armin Çoqqeler XXII Soçi Qış Olimpiya Oyunlarında 6-cı Olimpiya medalını qazanıb. Dəfələrlə Olimpiya oyunlarının medalını qazanmış A.Çoqqeler Soçidə kirşə idman növü üzrə tək yürüşdə bürünc medala sahib olub.
Qeyd edək ki, italiyalı idmançı Solt-Leyk-Siti-2002 və Turin-2006 Qış Olimpiya Oyunlarında qızıl medal alıb. Atlet Naqano-1998-də gümüş, Lillexammer-1994 və Vankuver-2010 Qış Olimpiya Oyunlarında isə bürüncə imza atıb.
Kirşə idman növündə qızıl medalı almaniyalı Feliks Lox, gümüş mükafatı isə rusiyalı Albert Demçenko qazanıblar.
Armin Çoqqeler yarışda sonra deyib: "Ola bilsin ki, Soçi-2014 Olimpiadası mənim iştirak etdiyim sonuncu olimpiadadır. Nəticəmdən razıyam. Yarışlar gərgin və maraqlı keçdi. Sevinirəm ki, idman karyeramı xoş notlarla başa vururam”.