Birinci Avropa Oyunlarının startından 10 il ötür
Olimpizm xəbərləri
12.06.2025, 21:51
Bu gün Azərbaycan idman tarixinin ən parlaq səhifələrindən birinin - 2015-ci il I Avropa Oyunlarının başlanmasından on il ötür. 2015-ci il iyunun 12-də Bakı möhtəşəm açılış mərasimi ilə idman dünyasına qucaq açdı. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan bir sıra mühüm hadisələrlə yadda qaldı. Təkcə infrastruktur və təşkilatçılıq səviyyəsi ilə deyil, həm də bu tədbirin yaratdığı birlik, həmrəylik və milli ruhla ölkəmiz dünya miqyasında nümunə göstərildi. Təsadüfi deyil ki, Azərbaycan Avropa Oyunlarının standartlarını yaratdı.
Dünyanın gözü Bakıda idi
16 gün ərzində ölkəmiz yalnız yarışların məkanı deyil, Avropanın müxtəlif mədəniyyətlərinin qovuşduğu bir mərkəzə çevrildi. Qitənin 50 ölkəsindən 5898 idmançı ölkəmizə gəlmişdi. Onlar 20 idman növündə güclərini sınadılar. Proqrama daxil edilən 20 idman növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növü idi. 12 Olimpiya idman növündə keçirilən yarışlar Rio-2016 Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Həmin günlər ərzində Azərbaycan təkcə idmanın deyil, həm də mədəniyyətin, tarix və müasirliyin vəhdətini nümayiş etdirdi.
Azərbaycan medallarla tarix yazdı
Ev sahibi olaraq yarışlarda güclü heyətlə iştirak edən Azərbaycan komandası əzmkarlığı ilə seçildi. İdmançılarımız 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq ümumi komanda sıralamasında 2-ci pillədə qərarlaşdı. Azərbaycan komandasına Bakı-2015-də ilk medalı karateçi İlahə Qasımova qazandırıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün üçüncü pilləsində yer alıb. İlk qızıl medalımızın müəllifi isə digər karateçimiz Firdovsi Fərzəliyev olub. Kişilər arasında kumite yarışlarında 60 kq çəki dərəcəsində qalib olan idmançımıza qızıl medalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təqdim edib. Bu nəticələr təkcə idman nailiyyəti deyil, həm də dövlətin bu sahəyə ayırdığı diqqət və sistemli hazırlığın bəhrəsi idi. Müxtəlif idman növlərində qazandığımız uğurlar gənc idmançılar üçün örnək oldu, idmanın geniş kütlələr arasında daha da populyarlaşmasına təkan verdi. İlk dəfə beynəlxalq arenada parlayan bir çox idmançımız məhz Bakı 2015-dən sonra dünya miqyasında tanınmağa başladı.
30 ay kifayət etdi ki, "köhnə qitə"ni heyrətləndirək
I Avropa Oyunlarının keçirilməsi üçün ölkəmiz cəmi 30 ayda böyük infrastruktur layihələrini gerçəkləşdirdi. Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı və digər idman arenaları qısa müddətdə hazırlandı. Bu sürət və keyfiyyət Avropa Olimpiya Komitəsinin də rəğbətini qazandı və Azərbaycanı gələcək böyük idman tədbirləri üçün etibarlı ev sahibi kimi tanıtdı.
İdmanla birlikdə sülh və mədəniyyət mesajı
Bakı 2015 yalnız idman yarışı deyildi. Bu oyunlar mədəniyyətlərin bir araya gəldiyi, fərqli xalqların dəyərlərinin paylaşdığı, sülh və dialoqu təşviq edən beynəlxalq platformaya çevrildi. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətinin zənginliyini, qədim tariximizi və müasir inkişafımızı dünya ictimaiyyətinə təqdim etdi. Eyni zamanda bu Oyunlar Azərbaycanın beynəlxalq idman diplomatiyasında mövqeyini gücləndirdi. Bir çox ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu idman təşkilatlarının rəhbərləri Bakıya gələrək, ölkəmizin qlobal səviyyədə artan rolunun bir daha şahidi oldular.
10 ilin ardından yaddaşlarda iz buraxan günlər Artıq bu şanlı hadisədən 10 il ötür. Zaman keçsə də, Bakı 2015-in bizə yaşatdığı coşğu, birliyimizə verdiyi töhfə və yaratdığı milli qürur hissi xalqımızın yaddaşında silinməz iz buraxıb. I Avropa Oyunları Azərbaycan üçün təkcə idman uğuru deyil, həm də milli iradənin, təşkilatçılıq bacarığının simvolu oldu. Hazırda o günlərdə əsası qoyulan idman infrastrukturu və təcrübə, ölkəmizə Olimpiya oyunları da daxil olmaqla digər böyük yarışlara ev sahibliyi etmək üçün geniş imkanlar təqdim edir. Bu oyunlarla Azərbaycan təkcə medallar deyil, həm də böyük etimad qazandı. İndi isə, o uğurların üzərində qurulan idman ənənəsi daha da böyüyür, yeni nəsillərə ilham verir. Bakı-2015 artıq tarixdir - lakin bu tarix bizim milli yaddaşımızda əbədi qalacaq bir zirvədir. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat