Gəncə MDB-nin 2025-ci il üzrə İdman Paytaxtı elan edildi
Olimpizm xəbərləri
17.06.2025, 10:01
Gəncə 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) İdman Paytaxtı elan olunub. Olimpnews.az xəbər verir ki, bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şəhərdə tədbir keçirilib. Heydər Əliyev Park-Kompleksində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Baş konsulu Kaxaber Abdaladze, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə, eləcə də şəhər rəsmiləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Ardınca Heydər Əliyev Mərkəzindən “Zəfər Tağı”na qədər uzanan yolda müxtəlif idman növlərində çıxış edən idmançıların nümayişləri izlənilib. Rəsmi mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edən rəsmi qonaqlar tədbirin məhz 15 İyun - Milli Qurtuluş Günündə keçirilməsinin simvolik məna daşıdığını vurğulayıblar. Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar və idman sahəsindəki nailiyyətlər xüsusi qeyd olunub. III MDB Oyunlarının 2025-ci ildə Gəncədə keçirilməsi qərarının bu şəhərin idman potensialının təsdiqi kimi qiymətləndirilib. Çıxışlardan sonra MDB İcraiyyə Komitəsinin rəsmisi Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “MDB-nin 2025-ci il üzrə İdman Paytaxtı” sertifikatı təqdim olunub. Mərasim bədii proqramla davam etdirilib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də Bakıda dəvət olunmuş müğənnilər Rilaya Hüseynzadə və Mərdan Kazımovun çıxışları tədbirə rəngarənglik qatıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol