"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

\"Qarabağ\"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Olimpizm xəbərləri

18.06.2025, 14:23

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Olimpnews.az xəbər verir ki, mərasimdə "Qarabağ"ın da rəqibinin adına aydınlıq gəlib. Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində keçiriləcək  "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununun qalibi ilə qarşılaşacaq. II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da təşkil olunacaq. Komandamız ilk oyununa səfərdə çıxacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR