Elcan Hacıyev: “Dünya çempionatının mükafatçısı olmaq böyük uğurdur” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
19.06.2025, 18:06
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Elcan Hacıyev Olimpnews.az saytına müsahibə verib. -90 kq çəki dərəcəsində fəxri kürsüdə yer alan cüdoçumuz yarışla bağlı təəssüratlarından və gələcək planlarından danışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Elcan, əvvəlcə səni dünya çempionatındakı uğura görə təbrik edirik. Bu medal sənin üçün üçün nə ifadə edir? - Çox sağ olun. Dünya çempionatının mükafatçısı olmaq böyük uğurdur. Düzdür, istəyirdim ki, medalın əyarı qızıl olsun. Amma qismət bürünc medal imiş.
-Yarışa hazırlıq prosesi necə keçdi? Ən çox nəyə diqqət yetirirdin? - Hazırlıq müddətində müxtəlif təlim-məşq toplanışlarında iştirak etdik. Həm fiziki, həm də texniki baxımdan gərgin məşqlər etmişdik. Şükürlər olsun ki, əziyyətim hədər getmədi, çempionatda medalsız qalmadım.
-Bir qədər də keçirdiyin görüşlər barədə danışardın. Hansı rəqibin səni daha çox çətinliyə saldı? - İlk görüşüm çox çətin keçdi. Baxmayaraq ki, özbəkistanlı rəqibimə daha əvvəl 2 dəfə qalib gəlmişdim. Fiziki cəhətdən çox güclü idmançı idi.
- Necə düşünürsən, finala çıxmaq üçün nə çatmadı? - Yarımfinaldakı rəqibim yaponiyalı dünya çempionu Qoki Tacima idi. Həmin görüşdə "vazari" xalı ilə öndə idim. Müdafiyə olunmadan yenidən fəndə girdim. Bu isə səhvimlə nəticələndi. Mən müdafiyədə güləşməyi sevmirəm. Hətta xalda qabaqda olsam belə, çalışıram ki, hücum xarakterli güləşim. Rəqib də bu səhvimdən məharətlə yararlandı. Həmin görüş mənə çox pis təsir etdi. Bəlkə də, iki saat ağladım. Çünki hiss edirdim ki, bu görüşdə qalib gələ bilərəm. Amma alınmadı. Məşqçilərimin sayəsində özümə gəldim və bürünc medal qazandım. Hər yarışda yeni nəsə öyrənirəm. Bu məğlubiyətdən də özüm üçün müsbət nəticələr çıxardım.
- Qazandığın uğurdan sonra ilk zəng etdiyin və sevincini bölüşdüyün şəxs kim oldu? - Anamla danışdım. Belə bir sevinci məhz onunla bölüşməli idim.
- Bir qədər də qarşıdakı hədəflərin barədə danışardın. - Ən böyük hədəfim təbii ki, gələn il ölkəmizdə keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır. Bu il demək olar ki, çox yarış qalmayıb. Yalnız VI İslam Həmrəyliyi Oyunları və Tələbələrin Yay Universiadasında çıxış edəcəyəm. Təbii ki, bu oyunlardan da Vətənimizə qızıl medalla qayıtmaq istəyirəm.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol