BOK-da tarixi dönüş: Tomas Bax səlahiyyətlərini Kirsti Koventriyə təhvil verdi
Olimpizm xəbərləri
23.06.2025, 19:11
İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Evində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyində rəsmi dəyişiklik baş tutub.
Olimpnews.az xəbər verir ki, BOK-un prezidenti Tomas Bax səlahiyyətlərini yeni seçilmiş prezident Kirsti Koventriyə təhvil verib. Mərasim 23 iyun - Beynəlxalq Olimpiya Günündə keçirilib. Bu tarix 1894-cü ildə baron Pyer de Kubertenin təşəbbüsü ilə müasir Olimpiya Oyunlarının əsasının qoyulduğu gün kimi qeyd olunur. Mərasimdə BOK üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış idmançılar və siyasi liderlər daxil olmaqla 700-dən çox qonaq iştirak edib. 2004 və 2008-ci illərdə Olimpiya çempionu olmuş zimbabveli üzgüçü Kirsti Koventri bu ilin martında keçirilmiş sessiyada BOK-un 144-cü və ilk qadın, həmçinin ilk afrikalı prezidenti seçilib. O, səkkiz il müddətinə bu vəzifəni icra edəcək. Tomas Bax çıxışında duyğularını belə ifadə edib: “Bu gün minnətdarlıq, inam və sevinc günüdür. Birgə keçdiyimiz yol Olimpiya Hərəkatının gücünü göstərdi. İnanıram ki, Kirsti Koventri bu yolu inamla davam etdirəcək. Olimpiya evinin açarlarını Beynəlxalq Olimpiya Komitəsinin 10-cu prezidenti xanım Kirsti Koventriyə təqdim edirəm”. Kristi Koventri isə öz növbəsində Tomas Baxın xidmətlərini yüksək dəyərləndirib: “Siz bizə güclü irs qoydunuz. Biz Sizin rəhbərliyinizlə bir çox sınaqları dəf etdik. Sizin fədakarlığınız bu hərəkat üçün nümunə oldu”. Sonra Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Tomas Bax dünya idmanının inkişafına verdiyi mühüm töhfələrə və Olimpiya dəyərlərinə sadiqliyinə görə Qızıl Olimpiya Ordeni ilə təltif edilib. Qeyd edək ki, Tomas Bax 2013-cü ildən Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edir.
Xatırladaq ki, Almaniyanın qılıncoynatma üzrə Olimpiya çempionu olan Tomas Bax 2013-cü ildə BOK-un 9-cu prezidenti seçilmişdi və 12 il bu vəzifəni icra edib. O, hazırda təşkilatın ömürlük fəxri prezidentidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
Bugün, 16:44 Futbol
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bugün, 14:54 Gündəm
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
Bugün, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol