Soçidə idmançıların mübarizəsi davam edir

Soçidə idmançıların mübarizəsi davam edir

Dünən, fevralın 11-də Soçi-2014 Qış Olimpiadasının 4-cü günündə Soçidə 8 dəst medal oynanılıb. Yarışlar fristayl, xizək, biatlon, konki, kirşə, snoubord, fiqurlu konkisürmə trampilindən tullanma idman növləri üzrə keçirilib.

Fevralın 12-si olimpiadanın 5-ci günündə fiqurlu konkisürmə (cütlüklər), 1000 metr məsafəyə konki (kişilər), kirşə (iki nəfərlik, kişilər), sürətli dağ xizəyi (qadınlar), ikinövçülük (fərdi, kişilər), snoubord (xaf-payp, kişilər), hokkey və kerlinq (hər ikisi komanda, kişilər) yarışlarında qüvvəsini sınayan idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar.