Olimpiya çempionu at sürür və inək sağır?

Olimpiya çempionu at sürür və inək sağır?


Soçi-2014 Qış Olimpiya Oyunlarında indiyədək yaddaqalan hadisələrdən biri də 15 yaşlı Rusiya təmsilçisi Yuliya Lipnitskayanın fiqurlu konkisürmə üzrə komanda yarışlarında qızıl medala layiq görülməsidir. Yuliya indi ən gənc Olimpiya çempionudur.
Atlanta-1996 Olimpiadasının bədii gimnastika üzrə bürünc mükafatçısı Yuliya İvanova ən gənc Olimpiya çempionu haqqında çox yüksək fikirdədir. Təcrübəli gimnastın sözlərinə görə, bu istedadlı idmançıda gimnastalara məxsus bir elastiklik və plastika var. Deyilənlərdən belə çıxır ki, «ulduz xəstəliyi»nə tutulmasa, Yuliyanın çox parlaq gələcəyi var.
Maraqlıdır ki, Soçi-2014 Olimpiadasında fiqurlu konkisürmə üzrə komanda turnirindəki çıxışından 1 saat sonra Yuliya Lipnitskaya sosial şəbəkələrdə 1 nömrəli şəxsə çevrildi. Hamı onunla maraqlanır, şəxsi həyatı ildə bəzi məqamları açmağa çalışırdılar.
Qeyd edək ki, Yuliya XXII Qış Olimpiadasının proqramında nümayiş etdirilən fərdi yarışlara hazırlaşmaq üçün Moskvaya qayıdıb. Amma çox güman ki, burada da ona normal məşq etmək üçün rahatlıq verməyəcəklər. Bu səbəbdən Yuliyanın anası və məşqçisi Olimpiya çempionunun hamıdan gizlətməyə çalışırlar Rusiya Fiqurlu Konkisürmə Federasiyası isə idmançının şəxsi yarışlara hazırlaşması üçün müvafiq tədbirlər görür.
Yuliyanın anası Daniela qızının uğuru ilə bağlı indiyədək heç bir kütləvi informasiya vasitəsinə müsahibə verməyib. Çünki jurnalistlər Yuliyanın şəxsi həyatı barədə hər şeyi bilmək istəyirlər. Məsələn, Olimpiya çempionunun heç vaxt görmədiyi atası və Yekaterinburqdakı məşqçisi barədə və s. i.a.

Qeyd edək ki, 15 yaşlı bu gənc və gözəl qız yaxşı at sürməyi bacarır, özü də yəhərsiz. Peşəkarların da dediklərinə görə, bu, çox çətindir. Onun «Qələbə» («Pobeda») adında atı da var. Yuliyanın atına Yekaterinburq şəhərinin yaxınlığındakı kənddə yaşayan nənəsi baxır. Hələ bu harasıdır? Yuliya inək sağmağı da bacarır. Belə çıxır ki, bu istedadlı qız nəinki fiqurlu konkilərin, həm də atların, inəklərin dilini yaxşı bilir.