Soçi Olimpiadasında tarixi hadisə qeydə alındı

Soçi Olimpiadasında tarixi hadisə qeydə alındı


2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyi növü üzrə yarışlarda tarixi hadisə baş verib. Qadınların sürətli yarışında I yeri iki idmançı tutub. Belə ki, sloveniyalı Tina Maze və isveçrəli Dominik Gizin finişə eyni vaxtda - 1 dəqiqə 41,57 saniyəyə çatıblar. Bununla da hər 2 idmançı qızıl medala layiq görülüb.
Maraqlədır ki, bu olimpiada tarixində dağ xizəkçiliyi növündə ilk dəfədir baş verir. Əvvəllər 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının finalında bir yerə 2 qalib qeydə alınıb. Daha bir maraqlı məqam isə Gizin 5 il öncə Dünya Kubokunun mərhələ yarışında da qızıl medalı isveçli Anya Personla bölüşdürməsi olub - 1:47,52.
Qeyd edək ki, dağ xizəkçiliyinin sürətli eniş növündə idmançının sürəti hətta saatda 140 km-ə də çatır, uçuşun uzunluğu isə 40 - 50 metr olur.