Məşhur idmançı karyerasına son qoydu

Məşhur idmançı karyerasına son qoydu



Rusiyanın tanınmış fiqurlu konkisürmə üzrə idmançısı Yevqeni Pluşenko Soçidə rəsmi olaraq idman karyerasını bitirdiyini bildirib.
Məlumata görə, Pluşenko Soçi Olimpia oyunlarında kişilərdən ibarət komandada solo çıxışından imtina edib. O deyib: "Mən karyeramı bitirmişəm. Düzdür, yaşım mənə imkan verir. Amma 12 əməliyyat bu həddindən artıqdır”,- deyə idmançı jurnalistlərin onun karyerasının bitirməsi haqqında verdiyi suala cavab olaraq bildirib.
Qeyd edək ki, ikiqat olimpiya çempionu Pluşenko dünən qısa proqramda 7-ci sırada çıxış etməli idi.