Azərbaycan cütlüyü XXII Qış Olimpiadasında çıxış etdi

Azərbaycan cütlüyü XXII Qış Olimpiadasında çıxış etdi




Fevralın 16-sı Soçi-2014 XXII Qış Olimpiya Oyunlarının onuncu günündə cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlara start verilib. "Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.
Duetimiz fevralın 17-də, yəni bu gün sərbəst proqramda qüvvəsini sınayacaq. Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutublar.