Almaniya Olimpiadada liderliyini qoruyub saxlayır

Almaniya Olimpiadada liderliyini qoruyub saxlayır



Almaniya yığması XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini qoruyub saxlayır.
Hazırda Almaniya millisinin hesabında 7 qızıl, 3 gümüş və 2 bürünc medal var.
Norveç yığması 14 medalla (5-3-6) ikinci, İsveçrə millisi isə 7 medalla (5-1-1) üçüncü pillədə qərarlaşıblar. Qeyd edək ki, XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanıblar.
Olimpiya oyunlarına fevralın 23-də yekun vurulacaq.