İdmançı tatamidə dünyasını dəyişdi

İdmançı tatamidə dünyasını dəyişdi



Misirin Luksor şəhərində keçirilən Afrika Kuboku yarışlarında iştirak edən türkiyəli idmançı Seyithan Akbalıkın vəziyyəti pisləşib. Türkiyə təmsilçisi tatamidə huşunu itirərək yerə yıxılıb.
21 yaşlı Seyithan Akbalık 63 kq çəki dərəcəsində tatamiyə çıxıb. İlk müdaxilə elə döşək üzərində olub. Taekvandoçu dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin ciddi səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Gənc idmançının ürək tutmasından öldüyü bildirilir. Xəstəxana açılışında iştirak edən türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan gənc taekvandoçunun infarktdan vəfat etdiyini deyib.