Bu gün Skopye Olimpiya Hovuzunda festival çərçivəsində üzgüçülüyün qarışıq (4x100 sərbəst) estafet yarışlarına start verilib. Mehri Əbdurəhmanlı, Ramal Sadıqlı, Vlastilina Xasyanova və Fərhad Şirməmmədlidən ibarət estafet yığmamız ümumilikdə 4:11:5 nəticə ilə 23-cü yeri tutub. Komandamız bu nəticə ilə finala çıxmaq şansını itirib.
Skopye-2025: Üzgüçülərimiz qarışıq estafet yarışlarında iştirak ediblər
