Azərbaycan komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, komandamızın ilk medalçısı -50 kq çəki dərəcəsində mübarizə aparan Rza Xəlilli olub.
Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz əvvəlcə Angel Radevskini (Şimali Makedoniya) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələlərdə macarıstanlı Milan Szabo və böyük britaniyalı Koen Cilbertə qalib gələn idmançımız həlledici görüşə vəsiqə əldə edib.
Finalda ispaniyalı Alexandra Çiarroniyə də qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha iki cüdoçumuz Gülşən Hüseynova (-44 kq) və Rəsul Əlizadə (-55 kq) də final görüşünə çıxacaq.
Skopye-2025: Azərbaycana ilk qızıl medalı Rza Xəlilli qazandırdı







