Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib.
Olimpnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasında təşkil olunan tədirdə ACF prezidentinin müşaviri Natiq Bağırov, icraçı vitse-prezident Rəşad Rəsullu, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rəşad Rəsullu medianın cəmiyyətdə oynadığı mühüm rolu xüsusi vurğulayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O, bildirib ki, peşəkar və obyektiv jurnalistikanın inkişafı ictimai şüurun formalaşmasında, cəmiyyətin maarifləndirilməsində və şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Medianın daim cəmiyyətin aynası olduğunu qeyd edən federasiya rəsmisi, ölkənin informasiya təhlükəsizliyi və azad söz mühitinin qorunması sahəsində jurnalistlərin əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.
Sonra açıq səma altında tatamidə kata nümayiş olunub.
Ardınca media nümayəndələrinin iştirakı ilə ilə əyləncəli viktorina təşkil olunub.
Tədbirdə KİV nümayəndələri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.