İyulun 22–26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.
Olimpnews.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Komandamız qızların yarışında yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Gülşən Hüseynova (-44 kq), Nuranə Hacızadə (-48 kq), Aysun Məmmədova (-52 kq), Səmayə Yusifli (-57 kq), Ayan Əliyeva (-63 kq) və Zemfira Əliyeva (+70 kq) ilə təmsil olunacaq. Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında isə Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq), Zeyd Ələsgərov (-60 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Amin Mehdiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) yer alacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.