Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə

Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə

Voleybol

24.08.2026, 22:00

Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya, II turda İspaniyaya qalib gəlib. Komanda hazırda 8 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR