Soçi-2014 Olimpiadasının 3 qızıl medalını kim qazandı?

Soçi-2014 Olimpiadasının 3 qızıl medalını kim qazandı?


Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında qadınlar arasında biatlon üzrə 12,5 kilometr məsafəyə yürüş yarışlarında qaliblər müəyyənləşib.
Belaruslu Darya Domraçeva məsafəni 35 dəqiqə 25,6 saniyəyə qət edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Gümüş medala çexiyalı Qabriela Soukalova, bürünc mükafata isə Norveç təmsilçisi Tiril Ekhoff sahib olub.
Qeyd edək ki, bu, D.Domraçevanın Soçi Qış Olimpiya Oyunlarındakı üçüncü qızıl medalıdır. Belə ki, idmançı biatlon üzrə 10 və 15 kilometr məsafəyə yürüş yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.