Soçidə XXII Qış Olimpiya Oyunları davam edir. Hələ ki, Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir. 88 ölkədən 2 800-dən artıq idmançının qatıldığı Olimpiya oyunlarında Almaniya millisinin hesabında 8 qızıl, 3 gümüş və 2 bürünc medal var. Rusiya yığması 18 medalla (5-7-6) ikinci, Niderland millisi isə 17 medalla (5-5-7) üçüncü pillədə qərarlaşıblar. XXII Soçi Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq. Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunlarının on ikinci günündə idmanın yeddi növündə qaliblər müəyyənləşəcək. Atletlər biatlon üzrə 15 kilometr məsafəyə mass-trass yürüşü (kişilər), dağ xizək yürüşü (böyük slalom, qadınlar), xizək yürüşündə 10 kilometr məsafəyə ikinövçülük yarışları (kişilər), konkidə 10 min metr məsafəyə sürətli yürüş (kişilər), ski-xafpayp (kişilər) və şort-trekdə 3000 metr məsafəyə estafet (qadınlar) üzrə birincilik uğrunda yarışacaqlar.