Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib

Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib

“Qubadlı” Güləş Klubunun təşkilatçılığı ilə sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib. Toplanışda ABŞ, Almaniya, Türkiyə, Rusiya, Bolqarıstan və Qazaxıstanın müxtəlif klublarını təmsil edən 120-dən artıq idmançı və məşqçi heyəti iştirak edir.
Tədbirin əsas təşkilatçılarından biri, beynəlxalq dərəcəli güləş hakimi və təcrübəli mütəxəssis Xəyal Əliyev bildirib ki, bu səviyyədə klub formatında toplanış ölkəmizdə ilk dəfədir keçirilir. Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlər həm Azərbaycan güləşinin inkişafına təkan verir, həm də ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
“Azərbaycan Güləş Federasiyasının, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin və “Əlizadə Ağayev” adına Qubadlı Güləş Klubunun dəstəyi ilə bu möhtəşəm toplanış reallaşır. Əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm”, - deyə Xəyal Əliyev vurğulayıb.
Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra avqustun 4-də yerli komandalarla yanaşı, 6 ölkənin iştirakı ilə U15, U17 və U20 yaş kateqoriyaları üzrə “Qubadlı” Güləş Klubunun açıq birinciliyi keçiriləcək. 
 

Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib