Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib

Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib.
Olimpnews.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli - Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub - “Zaqreb” (Xorvatiya), “Şanxay” (Çin), “Rapid” (Rumıniya) olacaq.
Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr meydanında baş tutacaq.