UFC-də çıxış edən təmsilçimiz Rafael Fiziyev növbəti döyüşünü Braziliya təmsilçisi Şarl Oliveyraya qarşı keçirəcək.
Olimpnews.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 11-də Rio-de-Janeyroda təşkil ediləcək.
Məlumat üçün bildirək ki, Fiziyev qarışıq döyüş növləri üzrə 17 döyüş keçirib. 13 görüşdə qalib gələn təmsilçimiz cəmi 4 dəfə məğlubiyyətlə üzləşib. Oliveyranın hesabında isə 35 qələbə və 11 məğlubiyyət var.