Lerikdə “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada keçirilən güləş üzrə yarış rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Olimpnews.az xəbər verir ki, Rayon Heydər Əliyev Meydanında keçirilən bu tədbirdə 24 nəfər idmançı öz gücünü göstərib. Onu da bildirək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.