Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitələrinin rəhbərliyinə məktub göndərib

Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitələrinin rəhbərliyinə məktub göndərib

İyulun 20-dən 26-na qədər Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandasının üzləşdiyi problemlərlə bağlı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralosa məktub ünvanlayıb.

Olimpnews.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin adından ünvanlanan məktubda qeyd edilib ki, XVIII Avropa Gənclər Olimpiya Festivalı zamanı iştirakçı ölkələrin komanda üzvləri ilə birlikdə Azərbaycan təmsilçiləri də yaradılmış şəraitdən, təşkilatçılıqdan və digər məsələlərlə bağlı problemlərdən öz narazılıqlarını bildirir. 
Məktubda Azərbaycan Milli Olimpiya Komitəsi olaraq qeyd edilir ki, festival ərzində idmançılar üçün yaradılmış şərait, nəqliyyat, təşkilatı məsələlər, qidalanma, təhlükəsizlik, Visa dəstəyi və digər məsələlər lazımi səviyyədə həll olunmayıb. 
Festivala ev sahibliyi edən ölkə bu cür mötəbər idman tədbirinə hazırlıqla bağlı mükəmməliyə və peşəkarlığa üstünlük verməlidir.

Xatırladaq ki, EYOF yarışdan əlavə, gənclər, dostluq və Olimpiya dəyərləri üçün bir bayramdır. Niyyətimiz tənqid etmək deyil, gələcək tədbirlərin yaxşılaşdırılmasına töhfə verməkdir. Bu isə festivalın gələcəyi üçün atılmış bir addım kimi nəzərə alınmalıdır. Ümid edirik ki, rəylərimiz konstruktiv töhfə kimi qəbul ediləcəkdir. Biz də öz növbəmizdə digər MOK-lar kimi, gələcəyimizi daha da yaxşılaşdırmaq üçün təcrübələrimizi bölüşməyə hazırıq.

Unutmaq olmaz ki, bu cür yarışlarda Avropanın ən güclü yeniyetmələri yarışırlar və onlar gələcəyin Olimpiya Oyunlarının iştirakçıları, eləcə də mükafatçıları olmağa namizəddirlər.