Vanessa Mey skripkasını Soçidə xizəyə dəyişdi

Vanessa Mey skripkasını Soçidə xizəyə dəyişdi



Məşhur skripkaçı Vanessa Mey Soçi Olimpiadasında dağ xizəksürmə yarışında qüvvəsini sınayıb. O, ilk dəfə iştirak etdiyi yarışda sonuncu yeri tutub.
Yarışda iştirakı və çıxışı ilə bağlı məlumat verən Vanessa qeyd edib: "Bu yarışda ilk çıxışım olduğu üçün sonuncu yerilərdən birini tutacağımı bilirdim. Lakin yarışda iştirak etmək üçün əldə etditim şansdan istifadə etdim. Qarşıma məqsəd qoymuşdum ki, seçim turunu keçsəm heyvanların mühafizəsi fonduna böyük məbləğdə ianə köçürəcəm. Bir də olimpiadada iştirak etməyimin əsas məqsədi zamanımı səmərəli keçirmək, qısa müddət ərzində xizəksürmə vərdişimi inkişaf etdirmək idi”, - deyə tanınmış skripkaçı deyib.
Qeyd edək ki, Məşhur skripkaçı Vanessa Mey Soçi Olimpiadasının dağ xizəksürmə yarışında Tailandı təmsil edib.